Xarici İşlər Nazirliyi Beyrutdakı tərəfləri təmkinli olmağa çağırıb

Xarici İşlər Nazirliyi Livanın paytaxtı Beyrutdakı Ədliyyə Sarayına doğru yürüş zamanı nümayişçilərə atəş açılması ilə bağlı açıqlama yayıb.

1719911
Xarici İşlər Nazirliyi Beyrutdakı tərəfləri təmkinli olmağa çağırıb

Xarici İşlər Nazirliyinin Beyrutda nümayişçilərə atəş açılması ilə əlaqədar olaraq verdiyi açıqlamada "Oxşar hadisələrin bir daha təkrarlanmaması üçün bütün Livan tərəflərini təmkinli olmağa və zorakılıq hərəkətlərindən çəkinməyə dəvət edirik" deyilib.

Xarici İşlər Nazirliyi "Hizbullah" və "Amal" Hərəkatı tərəfdarlarının Livanın paytaxtı Beyrutdakı Ədliyyə Sarayına doğru yürüşü zamanı nümayişçilərə atəş açılması ilə bağlı açıqlama yayıb.

Nazirliyin açıqlamasında Beyrutda keçirilən etiraz nümayişində naməlum şəxslərin nümayişçilərə açdığı atəş nəticəsində ölənlərin olmasından dərin kədər duyulduğu ifadə edilib.



Әlaqәli Xәbәrlәr