Türkiyə Belqradda matç əsnasında cərəyan edən hadisələri pisləyib

Türkiyə, Serbiyanın paytaxtı Belqradda, "Yeni Pazar"idman klubu ilə keçirilən həndbol matçı zamanı irqçi şüarların səsləndirilməsini pisləyib.

1719967
Türkiyə Belqradda matç əsnasında cərəyan edən hadisələri pisləyib

Xarici işlər nazirliyinin sözçüsü Tanju Bilgiç, “Yeni Pazar” və “Qırmızı Ulduz” klubları arasında oynanan həndbol matçında cərəyan edən hadisələrlə əlaqədar ünvanlanan suala yazılı cavab verib. Bilgiç, Yeni Pazar idman klubunun Qırmızı Ulduz azərkeşləri tərəfindən səsləndirilən irqçi şüarlara, müharibə cinayətkarlarının posterlərinin açılmasına reaksiya olaraq Yeni Pazar-ın Serbiya Həndbol Super Liqasından çıxmaq qərarına gəlməsini təəssüf hissi ilə öyrəndiklərini bildirib və Yeni Pazar idman klublarının son vaxtlar keçirilən yarışlarda məruz qaldıqları idman ruhuna uyğun olmayan irqçi yanaşmalardan təşviş duyulduğuna diqqət çəkib. Sözçü: “Səsləndirilən şüarların təkcə Bosniyalı qardaşlarımızı deyil, bölgə ilə ortaq tariximizin xatirələrini də təhqir xarekteri daşıması təəssüf doğurur. Lakin idman cəmiyyətlər arasında sülhü və dostluğu gücləndirən ən güçlü vasitə hesab edilir. Cərəyan edən bu hadisələrdən məsul olanların ən qısa zamanda cəzalandırılacağına inanır və bu münasibətlə bir daha vurğulayırıq ki, müharibə cinayətkarlarının ədalət qarşısına çıxarılmasının regionda sosial sülhün bərpasına töhfə verəcək və buna bənzər cinayətlərin qarşısı alınacaq.



Әlaqәli Xәbәrlәr