Hulusi Akar Polşada görüşlər keçirir

Milli Müdafiə naziri Hulusi Akar Polşanın müdafiə naziri Mariuş Blaszczak ilə görüşüb.

1720265
Hulusi Akar Polşada görüşlər keçirir

Müdafiə naziri Hulisi Akar Polşa müdafiə naziri Blaszczakın rəsmi dəvətinə görə bu ölkəyə səfər edib. Nazir səfəri çərçivəsində paytaxt Varşavanın Marshall Pilsudski Meydanındakı Naməlum Əsgər Abidəsini ziyarət edib. Əklil qoyub və bir dəqiqəlik sükutdan sonra abidənin qeydiyyət dəftərini imzalayıb. Akar daha sonra Polşa Müdafiə Nazirliyinə keçib. Burda Blaszczak tərəfindən qarşılanan Akarın şərəfinə rəsmi mərasim təşkil edilib. İki həmkar mərasimdən sonra tək-bətək görüş keçirib. Daha sonra iki nazirin başçılığı altında çoxtərəfli görüşlər aparılıb.



Әlaqәli Xәbәrlәr