Almaniya Kansleri Angela Merkel Türkiyəyə işgüzar səfərə gəlir

Almaniya Kansleri Angela Merkel, Prezident Rəcəb Tayyib Ərdoğanın dəvətinə görə sabah Türkiyədə işgüzar səfərdə olacaq.

1720279
Almaniya Kansleri Angela Merkel Türkiyəyə işgüzar səfərə gəlir

Prezident aparatının kommunikasiya rəhbərliyindən bu barədə məlumat yayılıb. Bildirilib ki, Merkel Türkiyəyə səfəri çərçivəsində prezident Ərdoğan ilə İstanbulda bir araya gələcək. Görüş zamanı Türkiyə ilə Almaniya arasındakı ikitərəfli əlaqələr müzakirə ediləcək. Əməkdaşlığı irəli pillələrə qaldıracaq atılası addımlar dəyərləndiriləcək. Türkiyə-Aİ əlaqələri, regional və beynəlxalq məsələlər, xüsusilə Liviya, Suriya və Əfqanıstan məsələsi müzakirə ediləcək mövzular arasında olacaq.



Әlaqәli Xәbәrlәr