Türkiyə Vyetnama 200 min doza vaksin göndərəcək

Türkiyə səhiyyə əməkdaşlığı müqaviləsi çərçivəsində Vyetnama yeni növ koronavirus (Covid-19) epidemiyasına qarşı 200 min doza vaksin göndərəcək.

1718696
Türkiyə Vyetnama 200 min doza vaksin göndərəcək

Türkiyə səhiyyə əməkdaşlığı müqaviləsi çərçivəsində Vyetnama yeni növ koronavirus (Covid-19) epidemiyasına qarşı 200 min doza vaksin göndərəcək.

Vitse-prezident Fuat Oktay Vyetnam Baş naziri Pham Minh Chinh ilə telefonla danışıb.

Görüşdə iki ölkə arasında ticarət, sənaye, turizm və Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə mübarizə ilə bağlı məsələlər müzakirə edilib.

"Covid-19" epidemiyası zamanı dünyanın bir çox ölkəsini dəstəklədiklərini ifadə edən Oktay iki ölkə arasında imzalanacaq səhiyyə əməkdaşlıq müqaviləsi çərçivəsində 200 min doza koronavirus əleyhinə peyvənd, 10 ventilyator, 10 xəstə monitoru, 20 min N95 maskası, 4 min kombinezon, 100 min PCR test dəsti, 100 min ədəd Viral Nükleik Turşu Ekstraktoru və Qoruyucu Nəqliyyat Mayesi veriləcəyini qeyd edib.

Oktay iki ölkə arasında sərbəst ticarət müqaviləsi imzalanmasının hər iki tərəfin marağına olacağını düşündüklərini ifadə edib.



Әlaqәli Xәbәrlәr