Ərdoğanla Putin arasında telefon danışığı olub

Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

1716187
Ərdoğanla Putin arasında telefon danışığı olub

Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, prezidentlər ikitərəfli əlaqələri və regional məsələləri müzakirə ediblər.

Məlumata görə, dövlət başçısı rusiyalı həmkarını anadan olmasının 69-cu ildönümü münasibətilə də təbrik edib.

Qeyd edək ki. iki lider keçən həftə Rusiyanın Soçi şəhərində bir araya gəlmişdi.



Әlaqәli Xәbәrlәr