Türkiyə Kabildəki bombalı hücumla əlaqədar başsağlığı verib

Türkiyə Əfqanıstanın paytaxtı Kabildə məscidin girişində baş verən bombalı hücumla əlaqədar başsağlığı mesajı verib.

1714025
Türkiyə Kabildəki bombalı hücumla əlaqədar başsağlığı verib

Türkiyə Əfqanıstanın paytaxtı Kabildə məscidin girişində baş verən bombalı hücumla əlaqədar başsağlığı mesajı verib.
Xarici İşlər Nazirliyininin açıqlamasında Kabildəki İdgah məscidinin girişində cənazə namazı zamanı baş verən bombalı hücumda ölən və yaralananların olduğunun dərin kədərlə öyrənildiyi ifadə edilib.

Açıqlamada "Bu mənfur və insanlıqdan kənar hücumda həyatını itirənlərə başsağlığı verir, yaralıların tezliklə sağalmasını diləyirik və ən qısa zamanda ölkədə sabitlik və təhlükəsizliyin bərqərar olacağına ümid edirik" deyilib.
Xatırladaq ki, Əfqanıstanın paytaxtı Kabildə İdgah məscidi yaxınlığında baş verən partlayış nəticəsində azı 5 nəfər ölüb, 32 nəfər yaralanıb.

Hücumun hədəfləri "Taliban" başçıları və Əfqanıstanın müvəqqəti hökumətinin nazirləri, xüsusən də Müdafiə Nazirliyinin nümayəndələri olub.



Әlaqәli Xәbәrlәr