Prezident Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərinə səfər etdi

Prezident Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərinə səfər edib.

1712149
Prezident Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərinə səfər etdi

Prezident Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərinə səfər edib.

Rəcəb Tayyib Ərdoğanı Soçi Beynəlxalq Hava Limanında Krasnador diyarı qurbernatorunun müavini Aleksandr Ruppel, Soçi bələdiyyəsinin sədri Aleksey Kopayqorodski, Rusiya Xarici İşlər Nazirliyi Protokol İdarəsinin baş direktoru İqor Boqdaşev, Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar və Novorossiysk şəhərindəki baş konsulu Fırat Bayraq qarşılayıblar.

Ərdoğan Soçidə Rusiya prezidenti Vladimir Putinlə təkbətək görüş keçirəcək. Görüşün gündəmində Suriya məsələsi yer alacaq.

Ərdoğan əvvəl Tel Rifat və Mənbicdə PKK-nın mövcudluğuna diqqət çəkəcək, Astana razılaşmalarına uyğun şəkildə terrora son qoyulacağını vurğulayacaq.

Dövlət başçısı son zamanlarda Rusiyanın nəzarət etdiyi bölgələrdən Türkiyəyə qarşı edilən hücumlarla əlaqədar hiss edilən narahatlığı da çatdıracaq və hücumların qarşısının alınmasını istəyəcək.

İdlib və Suriyadan yeni bir immiqrasiya dalğası təhlükəsinin də müzakirə mövzusu olacağı görüşdə başda Liviya və Əfqanıstan olmaqla, mövcud regional inkişaflar və beynəlxalq problemlər müzakirə ediləcək. Bundan əlavə, Türkiyə-Rusiya münasibətlərinə yenidən baxılacaq.

Prezident Ərdoğan və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin sədri Fahrettin Altun və Prezident sözçüsü İbrahim Kalın da Soçiyə gediblər.



Әlaqәli Xәbәrlәr