Türkiyənin terrorla mübarizəsi davam edir

Milli Kəşfiyyat Təşkilatının (MİT) İraqın şimalında həyata keçirdiyi əməliyyatlarda iki PKK/KCK terrorçusu zərərsizləşdirilib.

1711270
Türkiyənin terrorla mübarizəsi davam edir

Milli Kəşfiyyat Təşkilatının (MİT) İraqın şimalında həyata keçirdiyi əməliyyatlarda iki PKK/KCK terrorçusu zərərsizləşdirilib.
Milli Kəşfiyyat Təşkilatı 20 sentyabr və 26 sentyabrda İraqın şimalındakı Metina və Zap bölgələrində əməliyyatlar həyata keçirib.

Əməliyyatlar nəticəsində 2 PKK/KCK terrorçusu zərərsizləşdirilib.

Ayrıca, Türkiyə Silahlı Qüvvələrinin bölmələri İraqın şimalındakı “Pəncə-Şimşək” və “Pəncə-Yıldırım” əməliyyatı bölgələrində PKK-nın bir neçə terrorçusunu zərərsizləşdirib.

Bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, artilleriyaçılar “Pənçə-Şimşək” əməliyyatı bölgəsində 3 terrorçunu zərərsizləşdiriblər, daha 1 terrorçu hava zərbəsi ilə “Pəncə-Yıldırım” əməliyyatı bölgəsində məhv edilib.

Nazirlik regionda antiterror əməliyyatının qətiyyətlə davam etdiriləcəyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr