"TRT World Forum" 19-20 oktyabr tarixlərində onlayn olaraq keçiriləcək

"TRT World Forum" 5-ci ilində "Güc və Paradoks: 21-ci əsrdə Böyük Strategiyanı Anlamaq" mövzusu ilə 19-20 oktyabr tarixlərində onlayn olaraq keçiriləcək.

1710772
"TRT World Forum" 19-20 oktyabr tarixlərində onlayn olaraq keçiriləcək

"TRT World Forum" 5-ci ilində "Güc və Paradoks: 21-ci əsrdə Böyük Strategiyanı Anlamaq" mövzusu ilə 19-20 oktyabr tarixlərində onlayn olaraq keçiriləcək.

Türkiyə Radio və Televiziya Qurumu (TRT) tərəfindən yayılan açıqlamaya görə, 2017-ci ildən bəri dünyanın əhəmiyyətli qlobal problemlərinə həll axtaran "TRT World Forum" cari il də dünyanın dörd bir tərəfindəki akademikləri, qeyri-hökumət təşkilatlarını, ziyalıları, siyasətçiləri, mütəxəssislər və mətbuat nümayəndələrini bir araya gətirəcək.

Forumda öz sahələrində mütəxəssis olan dünya şöhrətli adlar 16 sessiyada son illərin görkəmli siyasi və sosial mövzularını və problemlərini müzakirə edəcəklər.

Qlobal humanitar böhranlar, beynəlxalq təhlükəsizlik siyasəti, güc məhdudiyyətləri və qlobal ədalət mübahisələri kimi mövzularda keçiriləcək panellərlə bütün insanlığı narahat edən məsələlərə də toxunulacaq.

Digər tərəfdən, Talibanın Əfqanıstanı ələ keçirdikdən sonra "TRT World Forum"a "Talibanın Qayıdışı: Səhvlər və Öyrənilməli Dərslər" iclası da əlavə olunub.

Sahəsində mütəxəssislərin danışacağı sessiyada Əfqanıstanın hazırkı vəziyyəti ətraflı müzakirə olunacaq. 5-ci "TRT World Forumu üçün qeydlər https://www.trtworldforum.com/trt-world-forum-2021/ ünvanından edilə biləcək.



Әlaqәli Xәbәrlәr