Türkiyə Yunanıstana reaksiya verib

Xarici İşlər Nazirliyi Yunanıstanın Qərbi Trakyadakı azlıq məktəblərində dini vəzifələri məhdudlaşdırma qərarına reaksiya verib.

1709877
Türkiyə Yunanıstana reaksiya verib

Xarici İşlər Nazirliyi Yunanıstanın Qərbi Trakyadakı azlıq məktəblərində dini vəzifələri məhdudlaşdırma qərarına reaksiya verib.
"Yunanıstan səlahiyyətlilərini Qərbi Trakyadakı Türk azlıq ibtidai məktəblərində təhsil alan şagird və müəllimlərin dini öhdəliklərini yerinə yetirmələrini məhdudlaşdıran bu qərarı ləğv etməyə dəvət edirik", - nazirliyin "Twitter" hesabında deyilib.

Qeyd edək ki, sentyabrın  23-də Yunanıstandakı Qərbi Trakya Türk Azlıqları Məsləhət Şurasının "Twitter" hesabından edilən paylaşımda Regional Təhsil Müdirliyi tərəfindən 22 sentyabrda Rodop vilayətindəki azlıq məktəblərinə göndərilən direktivdə şagirdlərin cümə namazına getmələrinə mane olunduğu bildirilib.



Әlaqәli Xәbәrlәr