Mövlud Çavuşoğlu Nyu-Yorkda görüşlərini davam etdirir

Xarici işlər naziri Mövlud Çavuşoğlu İspaniyanın xarici işlər naziri Xose Manuel Albares və BMT Sivilizasiyalar alyansının ali nümayəndəsi Migel Moratinosla üçtərəfli görüş keçirib.

1709856

BMT-nin 76-cı Baş Assambleyası Toplantıları üçün Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu York şəhərində olan Çavuşoğlu diplomatik görüşlərini davam etdirir.

Çavuşoğlunun ispaniyalı həmkarı Albares və BMT-nin Sivilizasiyalar alyansının ali nümayəndəsi Moratinosla görüşü ilə bağlı Twitter hesabından,

"Ksenofobiya və ayrı-seçkiliklə mübarizəyə diqqət yetiririk." paylaşımı edib.

Çavuşoğlu İtaliyanın xarici işlər naziri Luigi Di Maio ilə də görüşüb.

Görüşlə bağlı Çavuşoğlu "Əfqanıstan, Liviya, Suriya və Afrikadakı hadisələr də daxil olmaqla, mövcud qlobal problemləri dəyərləndirdik" ifadəsini işlədib.

Çavuşoğlu iranlı həmkarı Hüseyn Əmir Abdullahian  ilə görüşündə ikitərəfli və regional problemləri də müzakirə etdiklərini bildirib.

Xarici işlər naziri Mövlud Çavuşoğlu Nyu-Yorkda pakistanlı həmkarı Şah Mahmud Qureyşi ilə də görüşüb.

Nazirlər ikitərəfli əlaqələri və Əfqanıstandakı vəziyyəti müzakirə ediblər.

Әlaqәli Xәbәrlәr