"ABŞ ilə münasibətlər iki NATO ölkəsi olaraq hazırda o qədər də yaxşı deyil", R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri zamanı Nyu-Yorkdakı Türkevində jurnalistlərə açıqlama verib.

1709854
"ABŞ ilə münasibətlər iki NATO ölkəsi olaraq hazırda o qədər də yaxşı deyil", R.T. Ərdoğan

"ABŞ ilə münasibətlər iki NATO ölkəsi olaraq hazırda o qədər də yaxşı deyil".

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri zamanı Nyu-Yorkdakı Türkevində jurnalistlərə açıqlamasında deyib.

“İstəyirəm ki, iki NATO ölkəsi olaraq biz düşmən yox, dost olaq. Amma indiki vəziyyət o qədər də yaxşı deyil. Baş nazir və Prezident kimi təxminən 19 illik fəaliyyətimə əsaslanaraq deyə bilərəm. Əfsuslar olsun ki, ABŞ-la münasibətlərdə yaxşı zaman deyil. Corc Buş, Barak Obama, Donald Trampla yaxşı işlədim, amma Cozef Bayden ilə yaxşı başladığımızı deyə bilmərəm”, – Ərdoğan qeyd edib.

Dövlət başçısı "Baydenin terror təşkilatlarına silah-sursat, müxtəlif avadanlıqları daşıdığını izləməyəcəyik" deyib.

"Bizə (Rusiyadan alınan raketdən müdafiə sistemləri) S-400 mövzusunu bəhanə gətirib, F-35 verməmək, dövlətlərarası münasibətlərdə nə diplomatiyaya, nə münasibətlərə uyğun olmayan xüsusiyyət ortaya qoyur" deyə reaksiya göstərən Ərdoğan ABŞ-ın dürüst davranmadığını vurğulayıb. 

Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban mövzusunda isə "Hazırda yanaşmaya nəzər saldıqda hərtərəfli, əhatə edən bir idarə təəssüf ki hələ yoxdur" deyə bildirən dövlət başçısı "Talibanın əlindəki silahlara baxdığınız zaman bu silahlar Amerikanın silahlarıdır. Bu səbəbdən bunun cavabını vermək məcburiyyətində qalacaqlar" ifadələrdən istifadə edib.



Әlaqәli Xәbәrlәr