Prezident Ərdoğan BMT-nin Baş Assambleyasından dünya ictimaiyyətinə müraciət edib

Prezident Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş Assambleyasındakı çıxışında dünya miqyasında mövcud problemlərə toxunub.

1708880
Prezident Ərdoğan BMT-nin Baş Assambleyasından dünya ictimaiyyətinə müraciət edib

"On milyonlarla insanın virusun pəncəsində olduğu bir vaxtda peyvənd milliyətçiliyinin hələ də davam etdirilməsi insanlıq üçün biabırçılıqdır".

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş Assambleyasında etdiyi çıxışında deyib.

Ərdoğan çıxışında bütün insanlığın təxminən 2 ildə ağrılı günlər yaşadığını xatırladıb:

"Koronavirus epidemiyası səbəbindən 4,6 milyon insan dünyasını dəyişdi. On milyonlarla insanın virusun pəncəsində olduğu bir zamanda peyvənd milliyətçiliyinin davam etməsi insanlıq üçün rüsvayçılıqdır.

Türkiyə bir tərəfdən vətəndaşlarına ən yaxşı sağlamlıq xidməti göstərərkən, 159 ölkəyə və 12 beynəlxalq təşkilata tibbi yardım göndərdi.

Bildirmək istərdim ki, yaxın zamanda yerli peyvəndimiz olan "TURKOVAC" -ı millətimizlə birlikdə bütün insanlığın istifadəsinə təqdim edəcəyik".

Ərdoğan Əfqanıstan məsələsinə toxunarkən isə deyib ki, ümid edirik ki, ölkədə ən qısa zamanda sülh, sabitlik və təhlükəsizlik qurulacaq və Əfqanıstan xalqı sülhə qovuşacaq. Türkiyə olaraq bu çətin günlərdə Əfqanıstan xalqına qarşı qardaşlıq borcumuzu yerinə yetirməyə davam edəcəyik.

Yüz minlərlə insanın ölümünə və milyonların ölkəni tərk etməsinə səbəb olan Suriyadakı humanitar faciənin bütün dünyanın gözü qarşısında 10-cu ilini geridə qoyduğuna diqqət çəkən Ərdoğan Türkiyənin bir tərəfdən 4 milyon suriyalıya qucaq açarkən, bölgədə qan və gözyaşı axıdan terror təşkilatlarına qarşı da sahədə mübarizə apardığını dilə gətirib.
"Beynəlxalq birlik Suriya böhranının daha 10 il davam etməsinə icazə verə bilməz" deyən dövlət başçısı problemə Suriya xalqının gözləntilərinə cavab verəcək şəkildə, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə əsaslanaraq, bir siyasi həll yolu tapmaq üçün daha güclü bir iradənin ortaya qoyulmasının vacibliyini vurğulayıb.

"Bölgəmizdə qeyri-sabitliyi dərinləşdirən, sülh və təhlükəsizliyi təhdid edən ən əhəmiyyətli problemlərdən biri İsrail-Fələstin münaqişəsidir" deyə bildirən Ərdoğan deyib:

“Fələstin xalqına zülm davam etdikcə Orta Şərqin davamlı sülh və sabitliyə nail olması qeyri-mümkündür. Bu səbəbdən işğal, ilhaq və qanunsuz məskunlaşma siyasətlərinə dərhal son qoyulmalıdır. Birləşmiş Millətlər Təşkilatının 1947-ci il qətnaməsinə əsaslanaraq Qüdsün beynəlxalq statusunun pozulmasına, Məscidül-Həram məhrəmiyyətinə və Fələstin xalqının hüquqlarına qarşı pozuntuların əleyhinə səsimizi ucaltmağa davam edəcəyik. Sülh prosesi və iki dövlətli həll baxışına yubanmadan fəallıq qazandırılmalıdır".

Kıbrıs məsələsinin ədalətli, daimi və davamlı həllinin yalnız nəticə yönümlü və realist bir yanaşma ilə mümkün ola biləcəyini vurğulayan Ərdoğan "BMT-nin bərabər qəbul etdiyi adadakı iki xalqdan birinin lideri sizə müraciət edə bilsə də, digər liderin bu platformada səsini eşitdirə bilməməsi ədalətli deyil" deyib.

Dövlət başçısı Ərdoğan bölgədə Şərqi Aralıq dənizinin ən uzun sahilinə sahib olan Türkiyəni görməməzlikdən gələn anlayışdan əl çəkməyin vacib olduğunu vurğulayıb.

Qafqazda sülh və sabitlik baxımdan yaxın müddətdə önəmli addımlar atıldığını xatırladan Ərdoğan "Azərbaycan qanuni müdafiə haqqından istifadə edərək, BMT-nin Təhlükəsizlik Şurasının tətbiq olunmayan qərarlarını həyata keçirməklə öz torpaqlarındakı işğala son qoyub: “Bu hadisə regionda daimi sülhün bərpasına fürsət pəncərələrinin açılmasına da imkan yaradıb. Türkiyə tərəflərin atacağı hər müsbət addımı dəstəkləmək qərarındadır” deyib.

Ərdoğan "Biz, ilhaqını tanımadığımız Krım da daxil olmaqla, Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin qorunmasına əhəmiyyət veririk" deyə bildirib.

Müsəlman Uyğur Türklərinin əsas hüquqlarının Çinin ərazi bütövlüyü baxımından qorunması üçün daha çox səy göstərilməli olduğuna inandıqlarını ifadə edən Ərdoğan 74 illik Kəşmir probleminin tərəflər arasında dialoq yolu ilə və BMT-nin müvafiq qətnamələri çərçivəsində həll edilməsinə tərəfdar olduğunu da söyləyib.

Müraciətində "İqlim dəyişikliyi ilə əlaqədar hər fürsətdə ifadə etdiyimiz" Dünya 5-dən daha böyükdür "ifadəsini təkrar edirik" ifadəsini bir daha dilə gətirən Ərdoğan "Dünyaya ən çox ziyan vuran, təbii sərvətləri vəhşicəsinə istismar edən, iqlim dəyişikliyi ilə mübarizəyə ən böyük töhfəni verməlidir" deyib.



Әlaqәli Xәbәrlәr