Mövlud Çavuşoğlu ABŞ dövlət katibi ilə görüşüb

Görüş BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində keçirilib.

1708890
Mövlud Çavuşoğlu ABŞ dövlət katibi ilə  görüşüb

Xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşüb.

Görüş BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində keçirilib.

Görüşdə Əfqanıstan, Suriya və Qafqazdakı mövcud vəziyyət, regional məsələlər və birgə əməkdaşlıq müzakirə edilib.

M. Çavuşoğlu və ABŞ-lı həmkarı Entoni Blinken Nyu-Yorkdakı bir oteldə ikitərəfli görüşdən əvvə isə qısa açıqlama veriblər.
Blinkenlə dəfələrlə telefonla danışdıqlarını ifadə edən xarici işlər naziri Çavuşoğlu "Əfqanıstan və bir çox sahədəki əla əməkdaşlığınız üçün çox sağ olun. Əlbəttə ki, Əfqanıstan mövzusunda birlikdə çalışmağa davam edəcəyik, əməkdaşlığımızı davam etdirəcəyik. Digər sahələrdə də eləcə. İşbirliyimizi davam etdirmək üçün əlimizdən gələni edəcəyik" deyib.
ABŞ Dövlət Katibi Entoni Blinken son 9 ayda Çavuşoğlu ilə bir çox telefon danışığı reallaşdırdıqlarını vurğulayaraq, "Bu gün danışacağımız çox şey var, amma Türkiyəyə Əfqanıstandakı güclü tərəfdaşlığı üçün çox təşəkkür edirik və burada birlikdə çalışmağa davam edəcəyik" deyə bildirib.



Әlaqәli Xәbәrlәr