İstanbul Hava Limanı "İlin Hava Limanı" mükafatına layiq görülüb

İstanbul Hava Limanı dünya aviasiya sənayesinin ən nüfuzlu nəşrlərindən olan "2021 Air Transport Awards Mükafatları" nda "İlin Hava Limanı" mükafatına layiq görüldü.

1708622

İstanbul Havalimanı Operatoru İGA-nın yaydığı açıqlamaya görə, İstanbul Hava Limanı beynəlxalq arenada mükafat qazanmağa davam edir.

Sıx səyahət edən, dünyadakı hava limanları mövzusunda fikirlərinə müraciət edilən, səyahət və gecələmək imkanlarını təcrübə edən istehlakçılara çatan "Air Transport News" tərəfindən təşkil edilən 2021 Hava Nəqliyyat Mükafatlarının qalibi İstanbul Hava Limanı oldu.

İGA Havalimanı Planlama Ümumi Müdir Köməkçisi İsmail Hakkı Polat mükafatı Yunanıstanın paytaxtı Afinada keçirilən "Summer Aviation Forum"da alıb.

H. Polat mövzuyla bağlı açıqlamasında yeni növ koronavirus (Covid-19) epidemiyasına baxmayaraq heç bir problem olmadan fəaliyyətlərini davam etdirə bildiklərini ifadə edib.

Bu müddətdə sərmayələrini kəsmədiklərini və yeni hava yollarını birləşdirməyə davam etdiklərini qeyd edən Polat "Uğurumuzu aldığımız beynəlxalq sertifikatlar və mükafatlarla konkret şəkildə sübut etdik. Daha bir beynəlxalq mükafata layiq görüldüyümüz üçün çox xoşbəxtik" ifadələrdən istifadə edib.

Әlaqәli Xәbәrlәr