Türkiyə və Azərbaycan qırıcıları İstanbul üzərində uçuşlar keçiriblər

Türkiyə və Azərbaycan Hərbi Hava qüvvələrinə aid təyyarələr İstanbul boğazı üzərindən birgə uçuş həyata keçirib.

1708284
Türkiyə və Azərbaycan qırıcıları İstanbul üzərində uçuşlar keçiriblər

Türkiyə və Azərbaycan Hərbi Hava qüvvələrinə aid təyyarələr İstanbul boğazı üzərindən birgə uçuş həyata keçirib.

“MİQ-29” qırıcı təyyarələrinin də cəlb edildiyi bu nümayiş sentyabrın 21-26-da İstanbulda keçiriləcək “Teknofest” sərgisindən əvvəl təşkil olunan salamlama uçuşu çərçivəsində baş tutub.

Salamlama uçuşu İstanbulda maraqla izlənilib.

Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup heyəti və aviasiya vasitələri “Texnofest-2021” festivalına qatılmaq üçün İstanbula yola düşüb. Sentyabrın 21-də başlayacaq festivalda Azərbaycan tərəfindən HHQ-nin 2 ədəd MiQ-29 qırıcı təyyarəsinin nümunəvi uçuşları planlaşdırılır. Festival sentyabrın 26-dək davam edəcək.



Әlaqәli Xәbәrlәr