Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-da yaşayan türk icması ilə görüşüb

Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Nyu-York şəhərində yaşayan türk icması ilə görüşüb.

1707822
Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-da yaşayan türk icması ilə görüşüb

Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Nyu-York şəhərində yaşayan türk icması ilə görüşüb.

ABŞ-da fəaliyyət göstərən Türkiyə-Amerika İstiqamətləndirmə Komitəsinin təşkilatçılığı ilə baş tutan görüşdə çıxış edən dövlət başçısı iki ildən sonra bir araya gəlməkdən məmnun olduğunu dilə gətirib.

Prezident Ərdoğan son iki ildir davam edən koronavirus epidemiyasına toxunaraq bildirib ki, təhsildən səhiyyəyə, ticarətdən məşğulluğa qədər hər sahədə ciddi çətinliklər çəkilir. Ancaq əsas məsələ bu problemlərlə mübarizə aparmaqdır. "Covid-19" epidemiyası qlobal sistemdəki ədalətsizlikləri, bərabərsizlikləri açıq-aşkar ortaya qoydu. Türkiyə epidemiya ilə mübarizədə 159 ölkə və 12 beynəlxalq təşkilatdan və hətta xaricdən aldığımız peyvəndlərin bir hissəsini ehtiyacı olanlarla paylaşdıq. Təsdiqləmə prosesi başa çatmaq üzrə olan öz peyvəndimizi "TURKOVAC"-ı bütün insanlara, dostlarımıza və qardaşlarımıza təqdim edəcəyik.

İnsanlıq olaraq "Covid-19" virusundan daha ölümcül və məkrli bir virusla mübarizə apardıqlarını ifadə edən Ərdoğan "Bu virusun adı İslamofobiya virusudur. İllərlə demokratiyanın və azadlıqların beşiyi olaraq nümunə göstərilən ölkələrdə bu virus çox sürətlə yayılır. Ksenofobiya və islam düşmənçiliyi hazırda artıq siyasəti əsir götürüb. Müsəlmanların gündəlik həyatını çətinləşdirən və dövlət siyasətini formalaşdıran sosial sülhü təhdid edən dağıdıcı bir tendensiyaya çevrilmişdir" deyib.

Qeyd edək ki, üç gün davam edəcək səfərdə dövlət başçısı BMT-nin iclasının ilk günündə çıxış edəcək.

Baş Assambleyanın iclası “Covid-19 pandemiyasının keçid dövrü”, “Davamlılığın bərpası”, “Planetin ehtiyaclarına cavab vermək”, “İnsan hüquqlarına hörmət” və “BMT-nin yenidən canlanması ümidi ilə möhkəmlik yaratmaq” kimi mövzulara həsr edilib.

Ərdoğan eyni zamanda ABŞ-ın Nyu-York şəhərində 2017-ci ildə təməli qoyulan “Türk evi” binasının da açılışını edəcək.

 

 

 



Әlaqәli Xәbәrlәr