Mustafa Şentop Aİ-nin miqrant siyasətini tənqid edib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop İspaniya səfərindən əvvəl bu ölkənin "EFE" xəbər agentliyinə müsahibə verib.

1707811
Mustafa Şentop Aİ-nin miqrant siyasətini tənqid edib

"Avropa İttifaqı (Aİ) verdiyi vədləri yerinə yetirmədikcə və vacib olan humanitar təşəbbüsləri qaldırmadıqca, miqrasiya dalğasının qarşısını almaq mümkün deyil. Türkiyə daha çox miqrantı qəbul edə bilməz. Hər kəs bu sahədə məsuliyyət üzərinə götürməlidir". 
Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop İspaniya səfərindən əvvəl bu ölkənin "EFE" xəbər agentliyinə müsahibəsində deyib.
Aİ-nin mühacir problemini təkcə maliyyə yardımı ilə həll edə bilməyəcəyini və vədlərə əməl olunmasa yeni köç dalğasının qarşısını ala bilməyəcəyini qeyd edən M. Şentop deyib:

"Aİ-nin immiqrasiya siyasəti məsuliyyətsiz, məntiqsiz və qanunsuzdur. Aİ inteqrasiya proqramı vasitəsi ilə kifayət qədər immiqrant qəbul etməlidir. Amma maliyyə öhdəliklərini belə yerinə yetirmir. Aİ-nin immiqrant probleminin həllini maliyyə mövzundan kənarda həll etməlidir".



Әlaqәli Xәbәrlәr