Türkiyənin terrorla mübarizəsi davam edir

Suriyada "Fərat Qalxanı" və "Zeytun budağı" əməliyyatı bölgələrində hücuma hazırlaşan separatçı terror təşkilatı PKK/YPG üzvü olan 8 terrorçu zərərsizləşdirilib.

1706927
Türkiyənin terrorla mübarizəsi davam edir

Suriyada "Fərat Qalxanı" və "Zeytun budağı" əməliyyatı bölgələrində hücuma hazırlaşan separatçı terror təşkilatı PKK/YPG üzvü olan 8 terrorçu zərərsizləşdirilib.

Milli Müdafiə Nazirliyinin məlumatına görə, komandolar hücuma hazırlaşan 4-ü "Fərat qalxanı", 4 -ü isə "Zeytun budağı" bölgəsindəki 8 PKK/YPG terrorçusunu zərərsizləşdirmişdir.

"Zeytun budağı" əməliyyatı bölgəsində zərərsizləşdirilən terrorçulardan birinin Kandil kadrında olduğu müəyyən edilib.

İraqın şimalındakı "Pence qaplan" əməliyyatı bölgəsində də separatçı terror təşkilatı PKK üzvü olan 2 terrorçu zərərsizləşdirilib.

Milli Müdafiə Nazirliyinin sosial media hesabında edilən paylaşımda "Türkiyə Silahlı Qüvvələrimiz terror təşkilatı PKK-ya zərbələr endirməyə davam edir. İraqın şimalında "Pəncə qaplan" əməliyyatı bölgəsində aşkarlanan daha iki PKK terrorçusu əsgərlərimiz tərəfindən zərərsizləşdirildi" ifadələri yer alıb.

Digər tərəfdən, Tunceli Valiliyinin məlumatına görə, Vilayət Jandarma Komandirliyi qrupları "Eren-7" Mercan Munzur əməliyyatı çərçivəsində Ovacık rayonu çöllərində terror təşkilatına qarşı əməliyyat həyata keçirib.

Terrorçuların istifadə etdikləri 10 sığınacaq yeri təhlükəsizlik qüvvələri tərəfindən məhv edilib.



Әlaqәli Xәbәrlәr