Prezident Rəcəb Tayyib Ərdoğan İtaliya Baş naziri Mario Draqi ilə görüşüb

Prezident Ərdoğan İtaliya Baş naziri Mario Draqinin tələbi üzrə baş tutan telefon danışığında Türkiyənin ikitərəfli əlaqələrə verdiyi əhəmiyyətə uyğun olaraq NATO müttəfiqi İtaliyadan lazımlı addımlar atmasını gözlədiklərini bildirib.

1704927
Prezident Rəcəb Tayyib Ərdoğan İtaliya Baş naziri Mario Draqi ilə görüşüb

İtaliyanın Türkiyə-Avropa İttifaqı münasibətlərinin inkişafına və üzvlük prosesinə güclü dəstəyinin davam edəcəyinə inam ifadə edən prezident Ərdoğan, Gömrük Sisteminin yenilənməsi üçün danışıqlara qısa zamanda başlamağın hər kəsin xeyrinə olacağına təkid edib. 18 Mart (İmmiqrant) Müqaviləsinin yeniləməyinin əhəmiyyətinə işarə edən Ərdoğan Əfqanıstanda cərəyan edən proseslərə toxunub. Prezident: “ ölkənin talibanın nəzarətinə keçməsi ilə xalq yeni çətinliklər ilə üz-üzə gəlib. Ölkəyə Humanitar yardımların çatdırılması üçün Talibanla əlaqələr davam etdirilməlidir, əks halda köçün qarşısı alına bilməyəcək”.

Libiyada cərəyan edən proseslərə də toxunan prezident Türkiyənin bu ölkədə planlaşdırılan seçkilərin müəyyənləşdirilmiş tarixdə keçirilməsinə dəstəyinin davam etdiyini, Liviyanın istəyi və ikitərəfli razılaşmalar əsasında qanuni təhlükəsizlik qüvvələrin təliminə dair lazımlı addımları atmaqda davam etdiyini sözlərinə əlavə edib.

 İtaliya Baş naziri isə prezident Ərdoğanı oktyabrda ölkəsinin ev sahibliyində keçiriləcək G-20-nin liderlər sammitinə dəvət edib.



Әlaqәli Xәbәrlәr