Mövlud Çavuşoğlu Əfqanıstan mövzusunda videokonfransda iştirak edib

Xarici işlər naziri Mövlud Çavuşoğlu Amerika Birləşmiş Ştatları (ABŞ) və Almaniyanın təşkil etdiyi videokonfransda Əfqanıstandakı siyasi inkişaflar və bu ölkədəki humanitar böhranla bağlı fikirlərini dilə gətirib.

1704935

Çavuşoğlu bu barədə öz "Twitter" hesabındaetdiyi paylaşımda ABŞ və Almaniyanın təşkil etdiyi Əfqanıstan mövzusunda videokonfrans formatındakı görüşdə iştirak etdiyini və Əfqanıstanda siyasi inkişaflar və artan humanitar böhranla bağlı fikirlərini bölüşdüyünü bildirib. 

Qeyd edək ki, 15 avqustda paytaxt Kabili mühasirəyə alan Taliban prezident Əşrəf Qaninin ölkəni tərk etməsindən sonra heç bir münaqişə olmadan şəhəri nəzarətə götürdü.

Taliban sentyabrın 7-də hökuməti formalaşdırdığını açıqladı.

Әlaqәli Xәbәrlәr