Prezident Rəcəb Tayyib Ərdoğan Filippo Qrandini qəbul edib

Prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandini Ankarada qəbul edib.

1704833
Prezident Rəcəb Tayyib Ərdoğan Filippo Qrandini qəbul edib

Prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandini Ankarada qəbul edib.

Görüş zamanı bölgədəki miqrasiya, xüsusilə Əfqanıstandakı qaçqın problemi müzakirə edilib.

Ali Komissar Ərdoğanla görüşündən əvvəl xarici işlər naziri Mövlud Çavuşoğlu və daxili işlər naziri Süleyman Soylu ilə də bir araya gəlib.

Həmin görüşlərin gündəliyində immiqrasiya və qaçqın məsələləri də yer alıb.

Çavuşoğlu görüşdən sonra sosial media hesabında "Miqrasiya bütün ölkələr üçün ortaq bir məsələdir, ədalətli yük və məsuliyyət paylaşımı şərtdir" deyib.

Xarici İşlər Nazirliyindən edilən şərhdə Qrandinin Ankaradakı görüşlərilə yanaşı Şanlıurfa və Qaziantep şəhərlərində də tədqiqatlar aparacağı qeyd edilib.



Әlaqәli Xәbәrlәr