Mustafa Şəntop Vyanada Türk icmasının nümayəndələrini qəbul edib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop, Parlamentlərarası Birlik (PAB) 5-ci Dünya Parlament Rəhbərləri Konfransına qatılmaq üzrə Avstriyanın paytaxtı Vyanada səfərdədir.

1704424
Mustafa Şəntop Vyanada Türk icmasının nümayəndələrini qəbul edib

Mustafa Şəntop Vyanaya səfəri çərçivəsində bir il əvvəl sözügedən paytaxt şəhərdə terror hücumunda yaralanmasına baxmayaraq bir polis məmurunu xilas edən Rəcəb Tayyib Gültekin və Mikayıl Özəni Türkiyənin Avstriya səfirliyində qəbul edib. Görüş zamanı törədilmiş terror aktına dair danışıqlar aparılıb. Şentop daha sonra Vyanadakı Türk icmasının nümayəndələri ilə bir araya gəlib. O həmin gün axşam Türkiyənin Birləşmiş Millətlər Təşkilatının Vyanadakı Daimi Nümayəndəsi Səfir Əhmet Muxtar Günün verdiyi ziyafətə qatılıb.

Mustafa Şəntop sosial media hesabında bu ölkədəki təmaslarına dair paylaşdığı açıqlamada “5-ci Dünya Parlament Rəhbərləri Konfransı” səbəbiylə Avstriyada səfərdə olduğunu, bu çərçivədə Türkiyə Səfirliyində bir sıra qəbullar reallaşdırdığını qeyd edib.



Әlaqәli Xәbәrlәr