Hulusi Akar: "Terrorla mübarizəmiz qətiyyətli şəkildə davam edir"

Milli müdafiə naziri Hulusi Akar dünən (6 sentyabr 2021) keçirilən Prezident Kabinetinin toplantısından sonra gündəmlə bağlı sualları cavablandırıb.

1703935
Hulusi Akar: "Terrorla mübarizəmiz qətiyyətli şəkildə davam edir"

"Əməliyyatlarımız artan şiddət və sürətlə hücum ruhu ilə davam edir. Ümid edirəm ki, nəcib millətimizi terror bəlasından xilas edəcəyik".

Bunu milli müdafiə naziri Hulusi Akar dünən (6 sentyabr 2021) keçirilən Prezident Kabinetinin toplantısından sonra gündəmlə bağlı sualları cavablandırarkən deyib. 

Nazir Akar terrorla mübarizədə son dövrdə həyata keçirilən uğurlu əməliyyatlar haqqında suala cavabən deyib ki, ölkədə və sərhədlərdən kənarda terrorla mübarizə əzmlə davam edir.

23 apreldə başlayan və İraqın şimalındakı Metina və Avaşin-Basyan bölgələrində eyni vaxtda icra edilən "Pence-Şimşek" və "Pence-Yıldırım" əməliyyatları da eləcə. Nəcib millətimizi terror bəlasından xilas edəcəyik.Terror təşkilatının dırnaqarası başçıları, yuxarıda olanlar, axırlarının nə olacağını çox yaxşı başa düşdülər. Onların əmrində işləyənlər ədalətə təslim olmaqdan başqa çarələrinin olmadığını görməlidirlər.

Son zamanlarda həyata keçirilən dəqiq əməliyyatları xatırladan Akar "Terroru mənbəyində məhv etmək və dəqiq əməliyyat strategiyamız davam edəcək" deyib.

Akar Türkiyə Silahlı Qüvvələrinin terror təhlükəsinə qarşı bütün əməliyyatları, İraq başda olmaqla bütün qonşularının sərhədlərinə və ərazi bütövlüyünə hörmət edərək, beynəlxalq hüquqa uyğun olaraq, özünümüdafiə hüququ çərçivəsində və yalnız bölgədəki terrorçu ünsürləri hədəf adığını vurğulayıb.

Əfqanıstanın paytaxtı Kabildə hava limanının yenidən istismarı ilə bağlı suala cavab verən Akar ölkədəki vəziyyəti yaxından izlədiklərini ifadə edib.

Əfqanıstanda yardıma ehtiyacı olan uşaqlar, qadınlar və qocalar da daxil olmaqla milyonlarla insana diqqət çəkən Akar bunları söyləyib: "Ümid edirik ki, şərtlər müsbət inkişaf edəcək. Biz NATO çərçivəsində keçmişdə apardığımız fəaliyyətlər zamanı da müttəfiqlərimizə "Əfqanıstan istədiyi müddətcə onların yanında olacağıq "demişdik. Hər şeyin yaxşı olacağını ümid edirik. Vəziyyəti yaxından təqib etməyi davam etdiririk".

Akar "Yeni rəhbərliklə dialoq varmı?" sualına isə,"Xarici İşlər Nazirliyimiz, Milli Müdafiə Nazirliyi və Milli Kəşfiyyat Təşkilatımız koordinasiyalı olaraq işlərini davam etdirir. Səfirimiz Kabildə fəaliyyətini davam etdirir. Hadisələri yaxından izləyirik" deyə cavab verib.



Әlaqәli Xәbәrlәr