Ərdoğan "Daha ədalətli bir dünya mümkündür" kitabını təqdim edir

Kitabda Türkiyənin bütün insanlıq üçün ortaya qoyduğu ədalət axtarışı ayrıntılı izah olunur

1702888
Ərdoğan "Daha ədalətli bir dünya mümkündür" kitabını təqdim edir

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qələmə aldığı "Daha ədalətli bir dünya mümkündür" kitabını təqdim edir.

  Kitabda Türkiyənin bütün insanlıq üçün ortaya qoyduğu ədalət axtarışı ayrıntılı izah olunur.

  Ədalətsizlik, qaçqın böhranı, beynəlxalq terrorizm və İslam əleyhdarlığı başda olmaqla, qlobal siyasətin çıxılmazlarına toxunan Ərdoğan Yer üzündəki ayrı-seçkilik və ikili standartı Birləşmiş Millətlər Təşkilatı nümunəsində gözlər önünə sərir. O, BMT-nin hökumət, funksionallıq, fəaliyyət, əhatəedicilik, təmsil və idarə problemlərinə diqqət çəkərək bu qurumda geniş bir islahata ehtiyac duyulduğunu bildirir.

  Əsərdə ədalətin təmin edildiyi və veto imtiyazının qaldırıldığı bir Birləşmiş Millətlər Təşkilatı üçün sadə, əhatəli, strateji və tətbiq oluna bilən bir model təklif edilir ki, bununla Ərdoğan daha ədalətli bir dünyanın mümkün ola biləcəyini vurğulayır.

  R.T.Ərdoğanın "Daha ədalətli bir dünya mümkündür" kitabından sitatlar:

  “Uşaqların öldüyü və öldürüldüyü bir dünyada heç kim günahsız deyil”.

  “Bu gün dünya üzrə ən çox ehtiyac duyulan mövzuların başında ədalət gəlir. Qlobal ədaləti təsis etmək öhdəliyini götürən təşkilatlar çox təəssüf ki, böyük bir ətalət içindədir”.

  “Mərhəmətini itirmiş bir zəmanədə bizə ədalətin nümayəndəsi, vicdanların səsi olma məsuliyyəti düşür”.

  “Güclünün haqlı olduğu deyil, haqlının güclü olduğu bir sistem yaradana qədər “Dünya beşdən böyükdür” deməyə davam edəcəyik”.

  “Keçmişin ehtiyaclarına görə qurulmuş təşkilatlarla bu günün məsələləri həll edilmir, əksinə, onlar daha da yeni problemlər çıxarır”.

  “Bizim anlayışımıza görə, dünyanın nizamını, qurtuluşunu və xoşbəxtliyini yalnız ədalət təmin edər. Daha ədalətli bir dünya üçün ümid və güvən verən bir qlobal nizama ehtiyac vardır."

  “Turkuvaz Kitab” nəşriyyatında işıq üzü görən, ingilis, ərəb, alman, fransız, rus və ispan dillərinə də tərcümə edilməkdə olan kitabdan gələn bütün gəlir Türkiyə Fövqəladə Hallar Departamentinə (AFAD) bağışlanacaq.



Әlaqәli Xәbәrlәr