Çanaqqala boğazının boyunbağısı

... Asiya yaxasındakı Lapseki Şekerkaya ilə Avropa yaxasındakı Gelibolu Sütlücədə tikintilərdə 649-u mühəndis olmaqla 5 min nəfər gərgin çalışır

1701663
Çanaqqala boğazının boyunbağısı

 

  Türkiyənin Çanaqqala rayonunun Lapseki və Gelibolu qəsəbələri arasında inşası davam edən 1915 Çanaqqala Körpüsündə 87 döşəmədən 55-sinin montajı tamamlandı.

  "Çanaqqala boğazının boyunbağısı" adlanan layihə üçün Asiya yaxasındakı Lapseki Şekerkaya ilə Avropa yaxasındakı Gelibolu Sütlücədə tikintilərdə 649-u mühəndis olmaqla 5 min nəfər gərgin çalışır.

  Hər biri təxminən 700 ton ağırlığında olan döşəmə blokları təyin olunan yerlərə sırayla yerləşdirilir.

  Sentyabr ayının sonuna qədər tamamlanması planlanan çalışma çərçivəsində iki qüllə arasındakı 55 döşəmənin montajı başa çatıb. Qalan 32 döşəmə işləri sürətlə davam edir.

  Xüsusiyyətləri etibarı ilə "Simvolların körpüsü" olan, mühəndisliyindəki incə detalları ilə önə çıxan, "Dünyanın ən uzun orta açıqlıqlı körpüsü" olacaq 1915 Çanaqqala Körpüsünün iki sütun aralığı Türkiyə Cümhuriyyətinin 100 yaşına ithaf olaraq 2023 metrdir.

  Körpünün Çanaqqala Dəniz Zəfərinin 107-ci ildönümü günü – 2022-ci ilin 18 martında xidmətə açılması planlaşdırılır.



Әlaqәli Xәbәrlәr