Türkiyədə bütün məktəblər 6 sentyabrdan açılır

1 sentyabrdan Türkiyədə məktəbəqədər hazırlıq və birinci sinif şagirdləri üçün alışdırma dərsləri başlayıb

1701356
Türkiyədə bütün məktəblər 6 sentyabrdan açılır

 

  Türkiyədə "Covid-19" pandemiyası səbəbilə fəaliyyəti müvəqqəti dayandırılan təhsil müəssisələri açılışa hazırlaşır. Sentyabrın 6-dan etibarən ölkənin orta təhsil müəssisələrində ənənəvi təhsilə start veriləcək.

  1 sentyabrdan Türkiyədə məktəbəqədər hazırlıq və birinci sinif şagirdləri üçün alışdırma dərsləri başlayıb.

  Ölkənin Milli Təhsil Nazirliyi tərəfindən həyata keçirilən 2021-2022-ci tədris ili hazırlıqları çərçivəsində məktəbə uyğunlaşma təlimləri üç gün davam edəcək. Bu üç gün ərzində şagirdlər müəllimlərin nəzarəti altında oyunlar oynayacaq, ictimai və idman fəaliyyətləri, təhsil mühiti, məktəb, sinif, və sinif yoldaşları ilə tanış ola və məktəb qaydalarını öyrənə biləcəklər.

  Xatırladaq ki, ötən ilin mart ayında Türkiyədə ilk COVID-19-a yoluxma faktı qeydə alındıqdan sonra, ölkədə təhsil bəzən distant, bəzən isə ənənəvi şəkildə davam etdirilib.



Әlaqәli Xәbәrlәr