Türkiyənin yeni Müştərək Qərargahı - yeni rəhbərlik mərkəzi

Ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi Milli Müdafiə Nazirliyinin Ay-Ulduz Kampusu Təməlatma Mərasimində çıxış edən H.Akar deyib...

1699819
Türkiyənin yeni Müştərək Qərargahı - yeni rəhbərlik mərkəzi

 

  Türkiyənin milli müdafiə naziri Hulusi Akar sanbalı ilə dünyanın qabaqcıl ordularından olan Türkiyə Silahlı Qüvvələrinin yeni Müştərək Qərargahının günün ehtiyaclarına uyğun bir rəhbərlik mərkəzi olacağını söylədi.

  Ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi Milli Müdafiə Nazirliyinin Ay-Ulduz Kampusu Təməlatma Mərasimində çıxış edən H.Akar deyib: "Milli Müdafiə Nazirliyi, Baş Qərargah və digər qüvvə komandanlıqlarının eyni mərkəzdə olmasıyla bir tərəfdən təsirli və sürətli koordinasiya təmin ediləcək, digər tərəfdən zamana, enerjiyə və iş qüvvəsinə qənaət olunaraq daha məhsuldar bir şəkil alacağıq.

  Sanbalı ilə dünyanın qabaqcıl ordularından olan TSQ bu yeni Müştərək Qərargahı ilə günün ehtiyaclarına uyğun bir rəhbərlik mərkəzi olacaq.

  Yeni qərargah binası beton quruluşundan kiber təhlükəsizlik tədbirlərinə, balistik hücumdan kimyəvi bioloji radiasiya və nüvə təhlükəli maddə təhdidlərinə qədər inşaat texnologiyasının bütün imkanlarından istifadə edilərək tikilir. Bununla yanaşı, ergonomik qanunlarla tikilərək ətraf mühit dostu və ağıllı xüsusiyyətlərə malik qərargah binamız dizaynı, özəlliyi, böyüklüyü və texnoloji xüsusiyyətləriylə dünyanın ən müasir, ən funksional qərargahları arasındakı yerini tutacaq və bu barədə də nümunə bir model olacaq."

  Qeyd edək ki, Ay Ulduz Lahiyəsi əsasında tikilən korpus 19 may 2023-cü ildə açılacaq.



Әlaqәli Xәbәrlәr