“Bayraktar TB2” Ukraynanın Müstəqillik Günündə

Qeyd edək ki, rəsmi Kiyev NATO-nun Qaradənizdəki “Dəniz küləyi – 2021” hərbi təlimlərində də “Bayraktar TB2”dən istifadə edib

1695806
“Bayraktar TB2” Ukraynanın Müstəqillik Günündə

 

  Türkiyənin meydanda oyunu dəyişdirən silahlı pilotsuz uçan aparatı “Bayraktar TB2” 24 avqustda - Ukrayna Müstəqillik Günündə də nümayiş olunacaq.

  Hərbi parad məşqlərində paytaxt Kiyevin küçələrində göstərilən Türkiyənin yerli müdafiə sənayesi qüruru “Bayraktar TB2” bu dəfə Ukraynada bəyənilib.

  Ukraynanın Türkiyədən aldığı “Bayraktar TB2”yə böyük izləyici kütləsi baxıb.

  Ukrayna Dövlət Araşdırma İnstitutu 3 həftə əvvəl edilən testlərdə “Bayraktar TB2”nin döyüş qabiliyyətini "mükəmməl" olaraq qiymətləndirib, onun qlobal ölçüdəki elektron döyüşlərdə üst səviyyə performansa malik olduğunu bildirib.

  Qeyd edək ki, rəsmi Kiyev NATO-nun Qaradənizdəki “Dəniz küləyi – 2021” hərbi təlimlərində də “Bayraktar TB2”dən istifadə edib.



Әlaqәli Xәbәrlәr