Türkiyənin Qara dəniz bölgəsində ölənlərin sayı 60-ı keçdi

Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Hallar Departamentindən (AFAD) bildirilib

1691525
Türkiyənin Qara dəniz bölgəsində ölənlərin sayı 60-ı keçdi

 

  Türkiyənin Qaradəniz bölgəsində sel fəlakəti nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb. Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Hallar Departamentindən (AFAD) bildirilib.

  Ölənlərin 52-si Kastamonu, 9-u Sinop, biri isə Bartın sakinidir.

  Hazırda Kastamonuda 4526, Sinopda 2492 və Bartında isə 1067 nəfər olmaqla səkkiz mindən artıq canlı qüvvə və çox sayda ağır texnika axtarış-xilasetmə, eləcə də təmizlik və bərpa işlərində iştirak edir.



Әlaqәli Xәbәrlәr