Prezident Ərdoğan və Abdulfettah əl-Burhan mətbuat konfransı keçirib

Prezident Rəcəb Tayyib Ərdoğan: “Qardaş Sudan xalqı və dövləti ilə həmrəy olaraq yorucu prosesi asanlaşdırmaq və davam etdirmək əzmindəyik”.

1690646
Prezident Ərdoğan və Abdulfettah əl-Burhan mətbuat konfransı keçirib

Prezident Ərdoğan Ankarada səfərdə olan Sudan Respublikasının Suverən Keçid Şurasının sədri General Abdulfettah əl-Burhan ilə Prezident Kompleksində birgə mətbuat konfransı keçirib.

Prezident Ərdoğan mətbuata açıqlamasında Abdulfettah əl-Burhanın Ankaraya reallaşdırdığı rəsmi səfərin Sudan-Türkiyə qardaşlığında yeni bir dövrün başladığının göstəricisi olduğunu qeyd edib. 2019-cu ildən bəri Sudanda hərtərəfli və əhəmiyyətli reform prosesinin yaşandığını, cənab Burhanın bu kritik dövrdə çətin məsuliyyət öhdəsinə götürdüyünü deyib və Türkiyənin Qardaş Sudan xalqı və dövləti ilə həmrəy olaraq yorucu prosesi asanlaşdırmaq və davam etdirmək əzmində olduğunu vurğulayıb.

Sudan Respublikası Suverən Keçid Şurasının sədri General Abdulfettah əl-Burhan da öz növbəsində deyib: “ Türkiyə hər zaman Sudanın yanında olub. iki ölkə arasında köklü və tarixi əlaqələr var. Sudanın yaşadığı dəyişmə prosesində Türkiyənin dəstəyi nöqsan olmadı. Türkiyə və onun lideri kimi səmimi dostlarımızın dəstəyi ilə bu çətin prosesdən xilas olacağımıza inamım tamdır”.

Qeyd edi ki, liderlərin mətbuata açıqlaması əvvəlində iki ölkə arasında 6 fərqli sahədə müqavilələr imzalandı.



Әlaqәli Xәbәrlәr