İbrahim Kalınla Aleksandr Lavrentiyev Ankarada Suriya məsələsini müzakirə ediblər

Prezident sözçüsü İbrahim Kalın Rusiya Federasiyasının Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyevlə paytaxt Ankarada görüşüb.

1685110

Kalın və Lavrantiyevin başçılıq etdiyi nümayəndə heyətləri arasında keçirilən görüşdə Suriyadakı mövcud vəziyyət və siyasi proseslər müzakirə edilib.

İdlibdə atəşkəsin qorunmasının vacibliyindən bəhs edilən görüşdə razılaşmanın təmin etdiyi sabitliyə zərər verəcək təxribatçı hücumlara icazə verilməməsi barədə razılıq əldə olunub. 

Görüşdə Suriyada sülhün və sabitliyin bərqərar olması üçün siyasi prosesin daha təsirli bir şəkildə idarə edilməsi və konstitusiya komitəsinin işinin sürətləndirilməsinin vacibliyi də vurğulanıb.

Ayrıca, Suriyadakı humanitar böhranı azaltmaq üçün birgə addımların atılmasının vacibliyi dilə gətirilib və bu çərçivədə, Suriyaya humanitar yardımın davam etməsini təmin edən Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının 2585 saylı qətnaməsindən məmnunluq ifadə edilib.

Әlaqәli Xәbәrlәr