İbrahim Kalın və Ceyk Sallivan arasında telefon danışığı olub

Prezident sözçüsü İbrahim Kalın və ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan arasında telefon danışığı olub.

1685111
İbrahim Kalın və Ceyk Sallivan arasında telefon danışığı olub

Prezident sözçüsü İbrahim Kalın və ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan arasında telefon danışığı olub. 

Prezident Administrasiyası İctimaiyyətlə əlaqələr idarəsinin məlumatına görə, Kalın-Sullivan görüşündə ikitərəfli əlaqələrin gedişi müzakirə edilib, Əfqanıstan, Tunis, Kıbrıs (Kipr) və digər regional inkişaflar qiymətləndirilib.

Telefon danışığında Türkiyə-ABŞ münasibətlərində müsbət gündəmə diqqət yetirmək və əməkdaşlığı inkişaf etdirmək üçün atılacaq addımlar barədə fikir mübadiləsi aparılıb.

Meşə yanğınlarının bir çox ölkələrin üzləşdiyi qlobal problemə çevrildiyini və bu fəlakətlərlə mübarizədə həmrəyliyin və əməkdaşlığın əhəmiyyətinin vurğulandığı görüşdə Əfqanıstanda humanitar böhranın yaranmaması, sabitlik və sülh mühitinin təmin olunması üçün beynəlxalq əməkdaşlığın vacibliyinə diqqət çəkilib. 

Telefon danışığında ayrıca, Tunisdə demokratik və konstitusiya quruluşunun bərpasının təşviq edilməsinin vacibliyi barədədə həmfikir olunub, Kıbrısdakı reallığın beynəlxalq ictimaiyyət tərəfindən düzgün başa düşülməsi və ədalətli yanaşmanı əks etdirən iki dövlətli həllin dəstəklənməsinin lazım olduğu ifadə edilib və Türkiyənin regional sülhə və sabitliyə töhfə vermək üçün beynəlxalq ictimaiyyətlə əməkdaşlığı davam etdirəcəyi bildirilib.



Әlaqәli Xәbәrlәr