Liviya Dövlət Ali Şurasının sədri TBMM-nin sədri Mustafa Şentopa zəng edib

Liviya Dövlət Ali Şurasının sədri Xalid əl-Mişri meşə yanğınları ilə mübarizə aparan Türkiyə ilə həmrəylik içində olduqlarını bildirib.

1684817

Şura Ofisindən yayılan məlumata görə, Mişri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopa həmrəylik mesajı göndərib.

Mişri mesajında "Ölkənizdəki bəzi meşələrdə baş verən yanğınlarla bağlı xəbərləri böyük narahatlıqla izləyirik. Bildirmək istərdik ki, bu problemlə mübarizənizdə sizinlə həmrəyik" ifadələrindən istifadə edib. 
"Allah Türkiyəni hər cür pislikdən qorusun" deyə bildirən Mişri yanğında həyatını itirənlərə rəhmət, yaralılara şəfa diləyib.

Әlaqәli Xәbәrlәr