Bəkir Pakdemirli: "Türkiyədə son 5 gündə 132 yanğından 125-i nəzarətə alınıb"

Kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdemirli son 5 gündə Türkiyənin müxtəlif bölgələrində baş verən 132 meşə yanğınından 125-nin nəzarət altına alındığını bildirib.

1684140

Pakdemirli, daxili işlər naziri Süleyman Soylu və mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy ilə birlikdə Muğlanın Milas rayonunda baş verən yanğınlarla mübarizədəki son vəziyyətlə əlaqədar olaraq mətbuata açıqlama verib.
Pakdəmirli "Son 5 gündə 132 yanğından 125 -ni nəzarətə aldıq, 7 yanğın isə hələ də davam edir. Əlavə olaraq təşkilatımız 78 kənd yanğınına müdaxilə etdi" deyib.

Antalyanın Manavgat və Muğlanın Marmaris rayonlarında yanğınların davam etdiyini, İsparta vilayətinin Sütçüler malahında daha bir yanğının baş verdiyini və söndürmə işlərinə başladıqlarını qeyd edən Pakdemirli Tunceli Hozatdakı yanğının isə nəzarətə alındığını vurğulayıb.

Pakdemirli yanğınların söndürülməsi işlərində 16 təyyarə, 9 PUA, 51 helikopter, 1 pilotsuz helikopter, 850 su çəni, 150 iş maşını və 5 mindən çox personalın iştirak etdiyini ifadə edib.

Әlaqәli Xәbәrlәr