Türkiyə Ədirnədəki hadisə ilə əlaqədar Yunanıstana nota verdi

Türkiyənin Xarici İşlər Nazirliyindən verilən məlumata görə...

1683609
Türkiyə Ədirnədəki hadisə ilə əlaqədar Yunanıstana nota verdi

 

  Sərhəd şəhəri Ədirnədə bir Türkiyə vətəndaşının Yunanıstan tərəfindən açılan atəşlə həyatını itirməsi ilə əlaqədar Türkiyə Yunanıstana nota verdi.

  31 iyul Türkiyə saatı ilə 19.20 kimi Yunanıstan tərəfindən vətəndaş geyimli bir (və ya bir neçə) nəfər tərəfindən atəş açılması nəticəsində bir Türkiyə vətəndaşı həlak olub.

  Türkiyənin Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Yunanıstanın Türkiyədəki Səfirliyinin müşaviri hadisə ilə əlaqədar nazirliyə çağrılıb, nota verilib, etiraz edilən bu hadisənin araşdırılaraq nəticəsi haqqında məlumat verilməsi, qatil və ya qatillərin tutularaq cəzalandırılması, təkrarının olmaması ilə bağlı tədbirlərin görülməsi tələb edilib.



Әlaqәli Xәbәrlәr