Türkiyədə 111 yanğın nəzarətə alınıb

Ölkənin kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdemirli “twitter” hesabından mövzu ilə bağlı şərh verərək bildirib...

1683635
Türkiyədə 111 yanğın nəzarətə alınıb

 

  Türkiyədə 111 yanğın nəzarətə alınıb, 3 bölgədə sürən 6 yanğını söndürmə işləri isə davam edir.

  Ölkənin kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdemirli “twitter” hesabından mövzu ilə bağlı şərh verərək bildirib: “Ölkə üzrə 28 iyul - 1 avqustda çıxan yanğınların söndürülməsi ilə bağlı işlər davam edir. Bu zamana qədər sürən yanğınlara 13 təyyarə, 9 PUA (pilotsuz uçan aparat), 45 vertolyot, 1 pilotsuz vertolyot, 708 su çəni və su tankeri, 120 yanğınsöndürən maşınla təxminən 4800 canlı qüvvə cəlb olunub.”

  B.Pakdemirlinin paylaşdığı cədvələ görə, Türkiyədə 111 yanğın idarə altına alınıb, Antaliyada 2, Muğlada 3 və Tuncelidə 1 olmaqla davam edən 6 yanğını söndürmə işləri sürür.



Әlaqәli Xәbәrlәr