“107 meşə yanğını baş verib ki, bunun 98-i nəzarət altındadır”, B.Pakdemirli

Muğlanın Marmaris Dəyirmanyanı bölgəsindəki yanğınsöndürmə mərkəzində son vəziyyətlə bağlı açıqlamalar verən B.Pakdemirli deyib...

1683449
“107 meşə yanğını baş verib ki, bunun 98-i nəzarət altındadır”, B.Pakdemirli

 

  Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdemirli çıxan 107 meşə yanğınının 98-inin nəzarətə alındığını, 9-unun isə davam etdiyini bildirib.

  Muğlanın Marmaris Dəyirmanyanı bölgəsindəki yanğınsöndürmə mərkəzində son vəziyyətlə bağlı açıqlamalar verən B.Pakdemirli deyib: “Son bir neçə gündə çox yanğın çıxdı. 107 meşə yanğını baş verdi ki, bunun 98-i idarə altındadır, 9-u davam edir.

  Antaliyanın Manavqat, Gündoğmuş və Qazipaşa qəsəbələrindəki yanğınlar hələ də sürür. Vəziyyət ciddidir.

  Mersinin Aydıncıq qəsəbəsindəki yanğını idarə altına aldıq.

  Silifkedə bir yanğın var, amma söndürülməkdədir.

  Adanadakı bütün yanğınlar nəzarətə alınıb.

  Muğladanın Marmaris, Kəndsiyəz, Bodrum və Milas qəsəbələrində 4 yanğın çıxıb. Marmarisdəki yanğına 3 təyyarə, 9 vertolyot, 146 su çəni, 20 su tankeri, 8 buldozer və 529 canlı qüvvə cəlb edilib.

  Ehtiyaca görə ölkə içindən və xaricindən gələn köməyi koordinasiya edərək yanğınları ən qısa zamanda söndürəcəyik.”



Әlaqәli Xәbәrlәr