Türkiyə Kıbrısda (Kipr) BMT-nin Sülhməramlı Missiyasının mandatının uzadılmasına münasibət bildirib

Türkiyə Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Missiyasının (UNBA) mandatının uzadılmasında Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin (KKTC) razılığının alınmamasının BMT-nin öz qaydalarına və prinsiplərinə zidd olduğunu bəyan etdi.

1682486
Türkiyə Kıbrısda (Kipr) BMT-nin Sülhməramlı Missiyasının mandatının uzadılmasına münasibət bildirib

Türkiyə Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Missiyasının (UNBA) mandatının uzadılmasında Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin (KKTC) razılığının alınmamasının BMT-nin öz qaydalarına və prinsiplərinə zidd olduğunu bəyan etdi.

Xarici İşlər Nazirliyinin bununla bağlı yazılı açıqlamasında BMT Təhlükəsizlik Şurasının Kıbrıs adasındakı BMT Sülhməramlı Missiyasının mandatını qəbul etdiyi 2587 saylı qərarla daha altı ay uzatdığı bildirilib.

Açıqlamada sözügedən qərarla əlaqədar olaraq KKTC Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamanın tam dəstəkləndiyi vurğulanıb və əsası olmayan ifadələrlə dolu, reallıqdan uzaq olan bu qərarda Kıbrıs Türk xalqının iradəsinin yenə gözdən yayındırıldığı qeyd edilib.

Açıqlamada deyilib ki, sülməramlı Missiyanın mandatının uzadılmasında KKTC-nin razılığının alınmaması BMT-nin öz qaydalarına və prinsiplərinə ziddir. Bu vəziyyətin düzəldilməsini və KKTC-nin varlığının mühakimə olunmaması üçün BMT Sülhməramlı Missiyanın ən qısa zamanda KKTC səlahiyyətliləri ilə razılaşma əldə etməsini gözləyirik. Qərarda sınanmış və uğursuz olmuş həll parametrlərinin otuz il əvvəlki məclis qərarlarına istinadla Kıbrıs Türklərinə diktə etmək cəhdi başqa bir qəribəlikdir.

Açıqlamada Təhlükəsizlik Şurasının adadakı gerçəklərə gözlərini yummağa davam etdiyi, 1960-cı ildə Kıbrıs Türklərinin suveren bərabərliyini və bərabər beynəlxalq statusunu tanımadığı və 1963-cü ildə törətdiyi cinayətə baxmayaraq, Kıbrıs Rum İdarəsini adadakı yeganə qanuni nümayəndə kimi görməyə və günahkarı mühafatlandırıb, məzlumu cəzalandırmağa davam etdiyi müddətdə Adada ədalətli, qalıcı və davam etdirilə biləcək həll yolunun olmasının mümkünsüzlüyünə işarə edilib.

"Bu səbəbdən bu cür qərarların bizim üçün heç bir mənası və dəyəri yoxdur. Təhlükəsizlik Şurasını və beynəlxalq ictimaiyyəti adadakı status-kvonu deyil, faktlara əsaslanan bir həll yolu əldə etməyə yönəlməyə dəvət edirik" deyə açıqlamada vurğulanıb.



Әlaqәli Xәbәrlәr