Cari il ərzində 1595 terrorçu zərərsizləşdirilib

Cari ilin əvvəlinə olan məlumata görə, 1595 terrorçu zərərsizləşdirilib.

1682259
Cari il ərzində 1595 terrorçu zərərsizləşdirilib

Cari ilin əvvəlinə olan məlumata görə, 1595 terrorçu zərərsizləşdirilib.

Milli Müdafiə Nazirliyindən yayılan açıqlamada, son iki ayda ölkə daxilində və sərhəddən kənarda terror təşkilatlarına qarşı 10-u böyük, 30-u orta miqyaslı 40 əməliyyatın həyata keçirildiyi, bu ilin əvvəlindən etibarən 1595 terrorçunun zərərsizləşdirildiyi bildirilib.
Açıqlamada 23 apreldə başlayan və İraqın şimalında Metina və Avaşin-Basyan bölgələrində eyni vaxtda həyata keçirilən "Pəncə-qaplan" və "Pəncə-Şimşək"antiterror əməliyyatlarının planlaşdırıldığı kimi uğurla davam etdiyi bildirilib. Ayrıca mağara/sığınacaq yerlər və 600-dən çox minanın (əl istehsalı partlayıcılar) məhv edildiyi, çoxlu sayda silah-sursat və müxtəlif materiallar ələ keçirilib.

Türkiyənin quru sərhəd xətlərinin qorunması və təhlükəsizliyinin təmin edilməsi üçün sərhəd qoşunlarının imkan və qabiliyyətlərinin davamlı olaraq inkişaf etdirildiyinə diqqət çəkilən açıqlamada son inkişaflar fonunda İran sərhədində  lazımi qoşun yerdəyişmələri və möhkəmləndirmələrin həyata keçirildiyi, əsgərlərin sərhəd pozuntularının qarşısını almaq üçün fəaliyyətlərini davam etdirdiyi vurğulanıb. 

Açıqlamada Türkiyə Silahlı Qüvvələrinin (TSK) Əfqanıstanda altı ildir davam etdirdiyi Kabul Həmid Karzai Beynəlxalq Hava Limanının təhlükəsiz şəkildə vəzifəsinin icrasını yerinə yetirdiyi bildirilib.

"Vəzifə davam edəcəyi təqdirdə TSK heyətinin Əfqanıstanda döyüş missiyası olmayacaq, özünümüdafiədən başqa əməliyyat vəzifəsi icra etməyəcək" deyə açıqlamada qeyd olunub.



Әlaqәli Xәbәrlәr