Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb

Türkiye Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi "Pəncə" əməliyyatı zamanı terrorçular ilə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurma nəticəsində iki hərbçi şəhid olub.

1681219

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

Məlumata əsasən, qarşıdurma İraqın Hakurk bölgəsində yaşanıb. Baş verən qarşıdurmada iki hərbçinin şəhid olduğu, bir hərbçinin də yaralandığı bildirilib. Məlumatda yaralanan hərbçinin xəstəxanaya yerləşdirildiyi vurğulanıb. 

Qarşıdurmada bir terrorçunun da zərərsizləşdirildiyi qeyd olunub. 

Әlaqәli Xәbәrlәr