Türkiyә, Azәrbaycan vә Pakistan arasında Bakı Bәyannamәsi imzalanıb

Türkiyә, Azәrbaycan vә Pakistan parlament  sәdrlәrinin üçtәrәfli görüşündә Bakı Bәyannamәsi imzalanıb.

1681481
Türkiyә, Azәrbaycan vә Pakistan arasında Bakı Bәyannamәsi imzalanıb
Şentop-Bakü-3jpg.jpg

 

Türkiyә, Azәrbaycan vә Pakistan parlament  sәdrlәrinin üçtәrәfli görüşündә Bakı Bәyannamәsi imzalanıb.

Bәyannamәni Türkiyә Böyük Millәt Mәclisinin sәdri Mustafa Şentop, Azәrbaycan Milli Mәclisinin sәdri Sahibә Qafarova vә Pakistan Milli Mәclisinin sәdri Әsәd Qeysәr imzalayıblar.

İmza mәrasimindәn  sonra  Mustafa Şentop, Sahibә Qafarova vә Әsәd Qeysәr Azәrbaycan parlamentindә çıxış ediblәr.

Türkiyә Böyük Millәt Mәclisinin sәdri Mustafa Şentop çıxışında  Türkiyә, Azәrbaycan vә Pakistan arasında xüsusi dostluq vә qardaşlıq münasibәtlәrinin mövcud olduğunu vurğulayıb.

Mustafa Şentop Türkiyә, Azәrbaycan vә Pakistan parlamentlәri arasında imzalanan Bakı Bәyannamәsinin parlamentlәrarası әlaqәlәri güclәndirәcәyini qeyd edib.

Pakistan Milli Mәclisinin sәdri Әsәd Qeysәr dә Azәrbaycan xalqını  44 gündә әldә edilәn zәfәr münasibәtilә tәbrik edıb. Qeysәr Pakistan xalqının bu zәfәrә görә mәmnun olduğunu ifadә edib. Әsәd Qesәr hәmçinin  Pakıstanın yanında olduqları üçün Türkiyә vә Azәrbaycana tәşәkkür edib.

Azәrbaycan Milli Mәclisinin sәdri Sahibә Qafarova isә öz növbәsindә II Qarabağ müharibәsi dövründә Azәrbaycana verdiklәri dәstәyә görә Türkiyә vә Pakistana minnәtdar olduğunu qeyd edib.

Sahibә Qafarova vurğulayıb ki, parlamentlәrimiz arasında sıx әmәkdaşlıq xalqlarımızın dostluq әlaqәlәrinin daha da möhkәmlәnmәsinә imkan verәcәk.

Qeyd edәk ki, növbәti iclasın 2022-ci ilin mart ayında Pakistanda keçirilmәsi ilә әlaqәdar razılıq әldә olunub.



Әlaqәli Xәbәrlәr