Türk Hava Yolları ən çox uçan aviaşirkət olub

Türk Hava Yolları (THY) gündəlik 1323 uçuşla Avropada ən çox uçuşun reallaşdıran hava yolları arasında ikinci sırada iştirak edib.

1681575
Türk Hava Yolları ən çox uçan aviaşirkət olub

Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) 19-25 İyul tarixlərinə dair hava trafik hesabatına görə, Avropa hava yolu trafikində artım davam edir. Sözügedən tarixlərdə Avropada 166 min 538 uçuş həyata keçirilib.

Məhdudiyyətlərin böyük nisbətdə yüngülləşdirilməsi ilə İrlandiya havayolu şirkəti Ryanair gündəlik 2191 uçuşla Avropanın ən çox uçan aviaşirkəti olub. Bu şirkəti gündəlik 1323 uçuşla THY və 1022 uçuşla da Easyjet şirkəti izləyib.

Pegasus Airlines isə gündəlik 526 uçuşla Avropada ən çox uçan aviaşirkətlər siyahısında 8-ci yeri tutub.

 



Әlaqәli Xәbәrlәr