TSQ-nin əməliyyatı nəticəsində daha 6 terrorçu zərərsizləşdirildi

Suriyada “Sülh Bulağı” əməliyyatı ilə terrorçulardan təmizlənən ərazidə separatçı terror təşkilatı PKK / YPG üzvü altı terrorçu zərərsizləşdirilib.

1680902
TSQ-nin əməliyyatı nəticəsində daha 6 terrorçu zərərsizləşdirildi

Milli Müdafiə Nazirliyinin (MSB) sosial media hesabında paylaşılan açıqlamada Türk silahlı qüvvələrinin terrorçulara qarşı mübarizəsinin ölkə xaricində və daxilində əzm ilə davam etdiyi vurğulanıb. Nazirliyin şərhində qeyd edilib ki, “Sülh Bulağı” əməliyyatı bölgəsində qanlı hadisə törətmək üçün hazırlıqlar aparan PKK / YPG mənsubu 6 quldur, hərəkətə keçməzdən əvvəl Türk hərbçiləri tərəfindən zərərsizləşdirilib.

Digər tərəfdən, Jandarma Ümumi Komandanlığı və Polis baş idarəsi tərəfindən aparılan inandırma səyləri nəticəsində PKK-dan qaçan bir terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub.

Daxili İşlər Nazirliyinin mәlumatına görә, bu gün Mardində təslim olan terrorçunun bu il yanvar ayında terror təşkilatına qoşulduğu vә Suriyada fəaliyyət göstərdiyi müəyyən edilib.



Әlaqәli Xәbәrlәr