Hər üç dövlət Vətən Müharibəsinin ilk günlərindən Azərbaycanın yanında oldu

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyulun 27-də Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

1681166
Hər üç dövlət Vətən Müharibəsinin ilk günlərindən Azərbaycanın yanında oldu

 

  Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyulun 27-də Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

  TBMM-nin sədri M.Şentop Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Azərbaycan prezidentinə çatdırıb. İlham Əliyev Türkiyə dövlətinin başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Ərdoğana çatdırmağı xahiş edib.

  Görüşdə Türkiyə Böyük Millət Məclisi sədrinin ölkəyə səfərinin Azərbaycanla Türkiyə arasında əlaqələrin daha da möhkəmlənməsi işinə töhfə verəcəyi qeyd olunub. Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətinin Şuşaya edəcəyi səfərin əhəmiyyətinə toxunularaq bildirilib ki, Azərbaycan və Türkiyə prezidentləri arasında imzalanan müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi əlaqələrin daha yüksək səviyyəyə qalxmasına xidmət edir. Söhbət zamanı Azərbaycanla Türkiyə arasında bütün sahələrdə uğurlu işbirliyinin olduğu vurğulanıb.

  Paytaxt Bakıda keçiriləcək Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin birinci üçtərəfli görüşünün əhəmiyyəti qeyd edilərək bildirilib ki, bu görüş üç ölkə arasında mövcud olan birliyi nümayiş etdirir. Vurğulanıb ki, Azərbaycan, Türkiyə və Pakistan arasında qardaşlıq əlaqələri sayəsində hər üç dövlət Vətən Müharibəsinin ilk günlərindən Azərbaycana dəstəyinin mühüm rolu olub.

  Söhbət zamanı üç ölkə arasında əməkdaşlığın geniş mənada Avrasiyada yeni işbirliyi çərçivələri formalaşdırdığı bildirilib.

  Görüşdə Azərbaycan və Türkiyə parlamentlərarası əməkdaşlığının da uğurla inkişaf etdiyi vurğulanıb, ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə və genişlənəcəyinə əminlik ifadə olunub.



Әlaqәli Xәbәrlәr