“Bu barədə də Anqolanın yanındayıq”, R.T.Ərdoğan

İki ölkə arasında 10 müqavilə imzalanıb

1681160
“Bu barədə də Anqolanın yanındayıq”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin terrorla mübarizədə özünü isbat etmiş bir ölkə kimi Anqolanın da yanında olacaqlarını söylədi.

  Anqola prezidenti Juan Manuel Qonçalveş Lorensu (João Manuel Gonçalves Lourenço) türkiyəli həmkarı Ərdoğanın dəvətilə paytaxt Ankaraya gəlib.

  R.T.Ərdoğan Prezident Aparatında rəsmi mərasimlə qarşıladıqdan sonra Lorensu ilə təkbətək və heyətlərarası görüş keçirib.

  İki ölkə arasında 10 müqavilə imzalanıb. Bundan sonra təşkil edilən ortaq mətbuat konfransında Türkiyə prezidenti Anqola dövlət başçısı ilə hərbi, siyasi, ticari və mədəni olmaqla bir çox sahədə söhmət apardıqlarını, bir müddət sonra özü də bir qrup iş adamıyla Anqolaya gedəcəyini nəzərə çatdırıb.

  Ərdoğan bildirib: "İstəyirik ki, yüksək səviyyədə səfərlərə başlayaq. Ticarət həcmimiz 176 milyon dollardır. Bu iki güclü ölkə arasında bu rəqəm çox azdır. Birinci mərhələdə ölkələrimiz arasında ticarət həcmini 500 milyon dollara çatdırmaqdır.

  Türkiyə terrorla mübarizədə özünü isbat etmiş bir ölkədir. Bu barədə də Anqolanın yanındayıq.”

  Anqola prezidenti Juan Manuel Qonçalveş Lorensu da öz növbəsindəki çıxışında deyib: “Türkiyə investorları daha etibarlı şəkildə Anqolaya gəlib sərmayə qoya biləcək, eyni şəkildə bu, Anqola iş adamları üçün keçərlidir.

  İllərdir itirilən zamanı geri qaytarmaq, ikitərəfli əlaqələrdə, ticarət həcmində daha yüksək səviyyəyə çıxmaq istəyirik”.



Әlaqәli Xәbәrlәr