Anqola prezidenti Türkiyəyə rəsmi səfərə gəlir

Anqola prezidenti Juan Manuel Qonçalveş Lorensu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 3 günlük rəsmi səfər üçün Türkiyəyə gəlir.

1680024
Anqola prezidenti Türkiyəyə rəsmi səfərə gəlir

 

  Anqola prezidenti Juan Manuel Qonçalveş Lorensu (João Manuel Gonçalves Lourenço) Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 3 günlük rəsmi səfər üçün Türkiyəyə gəlir.

  Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentindən bu barədə  açıqlama  verilib. Qeyd  edilib ki, prezident Juan Manuel Qonçalveş Lorensunun Türkiyə səfəri çərçivəsində baş tutacaq danışıqlarda Türkiyə-Anqola münasibətləri və iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığı irəli pillələrə qaldıracaq imkanlar müzakirə ediləcək. Afrika başda olmaqla regional və beynəlxalq preseslər gündəmə alınacaq, ikitərəfli münasibətlərin əsasını təşkil edəcək müqavilələr imzalanacaqdır.



Әlaqәli Xәbәrlәr