TBMM-nin sədri Mustafa Şentop sabah Azərbaycana səfər edəcək

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop iyulun 26-da Azərbaycana səfər edəcək.

1679740
TBMM-nin sədri Mustafa Şentop sabah Azərbaycana səfər edəcək

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop sabah Azərbaycana səfər edəcək.
TBMM sədri M.Şentop Azərbaycan-Pakistan-Türkiyə parlament başçılarının Bakıda keçirilən ilk toplantısında iştirak edəcək.
27 iyulda keçiriləcək görüşdə Bakı Bəyannaməsinin imzalanma mərasimi olacaq.
İclasdan əvvəl parlament sədrləri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcək.
İyulun 28-də TBMM sədrinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla da görüşü də nəzərdə tutulub.
Mustafa Şentop türk iş adamları və qeyri-hökumət təşkilatlarının nümayəndələrini qəbul edəcək, Şuşa və Füzuli şəhərlərinə səfər etdikdən sonra iyulun 29-a vətənə qayıdacaq.



Әlaqәli Xәbәrlәr