Murat Kurum Con Kerri ilə iqlim məsələsini müzakirə edib

Murat Kurum Türkiyənin enerji sahəsindəki mövcud gücünün 52 faizinin yenilənə bilən enerji mənbələrindən ibarət olduğunu və bu mənada ölkənin Avropada 5-ci, dünyada isə 12-ci yeri tutduğunu deyib.

1678995
Murat Kurum Con Kerri ilə iqlim məsələsini müzakirə edib

Ətraf mühit və şəhərsalma naziri Murat Kurum Türkiyənin enerji sahəsindəki mövcud gücünün 52 faizinin yenilənə bilən enerji mənbələrindən ibarət olduğunu və bu mənada ölkənin Avropada 5-ci, dünyada isə 12-ci yeri tutduğunu deyib.

Murat Kurum İtaliyanın Napoli şəhərində "G20 Ətraf, İqlim və Enerji Nazirləri Toplantısı" nın keçirildiyi Tarixi Palazzo Reale Sarayında ABŞ-ın İqlim müzakirəçisi Con Kerri ilə bir araya gəlib.

Görüşdə nazir Murad Kurum Türkiyə üçün İqlim Dəyişikliyi Fəaliyyət Planı hazırladıqlarını, 14 maddəlik fəaliyyət planını tətbiqlərlə həyata keçirdiklərini, qorunan ərazilərin, yaşıl sahələrin sayını artırdıqlarını söyləyib.

Türkiyənin istixana qazının azaldılması ilə bağlı öhdəliklərinin olduğunu bildirən M. Kurum bu günə qədər götürdüyü öhdəliklərin də aşağısında istixana qazı buxarıldığını dilə gətirib.

Nazir Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın himayəsi altında reallaşdırılan Sıfır Tullantılar Layihəsini səmərəli şəkildə həyata keçirdiklərini vurğulayaraq,  Türkiyənin enerjidə mövcud gücünün 52 faizinin yenilənə bilən enerji mənbələrindən ibarət olduğunu və ölkənin bu mənada Avropada 5-ci, dünyanda isə ən böyük 12-ci ölkə olduğunu ifadə edib.

Paris Müqaviləsindəki 1,5 dərəcə hədəfinə indi nail olmağın vacibliyini düşündüklərini söyləyən Kerri Parisdə vəd edilən hər şeyi yerinə yetirə bilmədiklərini, etsələr də planetin istiliyinin hələ də 2.5-3 dərəcə artacağını, Paris Sazişində verilən vədlərə əməl edilmədiyi üçün planetin havasının 4 dərəcəyə yüksəlməklə təhdidilə qarşı-qarşıya qalındığını ifadə edib. 

Kerri iqlim böhranının pis nəticələrini aradan qaldırmağın bütün  dünyanın vəzifəsi olduğunu vurğulayaraq, "G20-nin sərt bir açıqlama yayması çox vacibdir" deyib.

Kerri Rize şəhərindəki sel səbəbiylə həyatını itirənlər üçün Türkiyəyə başsağlığı diləyib.



Әlaqәli Xәbәrlәr